Azərbaycanın qərbində yaranmış xanlıqlar ərazilərinin beynəlxalq ticarət yollarının üzərində yerləşməsinə və strateji mövqeyinə görə seçilirdi. Elə bu səbəbdən də qonşu xanlıqların və xarici dövlətlərin hü cumuna məruz qalırdı.
Qərbi Azərbaycanda — İrəvan və Naxçıvan xanlıqlarında bu zaman siyasi və iqtisadi vəziyyət
necə idi?
|
İrəvan xanlığı. İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmışdı. Onun əsasını Mir Mehdi xan Əfşar (1747—1752) qoymuşdu. 1755-ci ildə Həsənəli xan Qacar İrəvan xanı oldu. Beləliklə, İrəvanda Qacar tayfasından olan sülalə hakimiyyətə gəldi.
Xanlığın əhalisi. İrəvan xanlığının əhalisi bu diyarın ən qədim sakinləri olan Azərbaycan türkləri idi. Bunu o dövrə aid yer adları, o zaman İrəvanda olmuş Avropa səyyahlarının, hətta erməni tarixçilərinin məlumatları sübut edir.