Buna baxmayaraq, onlar məkrli siyasəti ərini davam etdirir, gizli olaraq xarici qüvvələrlə, xüsusən çar Rusiyası ilə əlaqələr saxlayır və onları Qarabağa yürüşə təhrik edirdilər.
1757-ci ildə Məhəmmədhəsən xan Qacarın qoşunu Qarabağa yürüş edərək «Xatın arxı» adlı yerə çatdı. Astarabad hakimi Məhəmmədhəsən xan Qacar Nadir şahın ölümündən sonra mərkəzi hakimiyyət uğrunda mübarizə aparan ən güclü tərəflərdən biri idi. Məhəmmədhəsən xan Xatın arxında dayandığı zaman onun əsas rəqibi Kərim xan Zəndin fəallaşması xəbəri gəldi. Bu xəbər Məhəmmədhəsən xanı geri qayıtmağa məcbur etdi.