İnsanda həzm sistemi-Dil və Ağızsuyu vəziləri
Qidanı ağız boşluğunda hərəkət etdirən dildir. O, qidanı dişlərin altına itələyir, çevirir və udlağa
doğru
yönəldir. Dil eyni zamanda qidanın dadını hiss edir, keyfiyyətini müəyyənləşdirir.
Ağız boşluğundakı selikdə 3 cüt iri ağız suyu vəzisinin və çoxlu kiçik vəzilərin hazırladığı fermentlər
karbohidratları kimyəvi dəyişikliyə uğradır. Ağız boşluğunda mühit zəif qələvidir.
Qida burada islanır,
xırdalanır, bəzi qida maddələri kimyəvi çevrilməyə uğrayır. Mexaniki və kimyəvi dəyişikliyə uğramış
maddələr udlağa ötürülür.
-
Müxtəlif diş məcunlarının üzərindəki yazıları oxuyun və müqayisə edin. Bunun mənasını araşdırın.
-
5 yaşlı uşaqda x ilə işarələnmiş dişlər çəkilərsə, onun 17 yaşında neçə dişi olar? Fikrini
əsaslandır.
-
Ağız boşluğunda kimyəvi dəyişikliyə uğrayan qidaları seçin.
-
Düzgün olanları qeyd edin:
- Ağız boşluğunda köpək dişlərinin/azı dişlərin sayı daha çoxdur.
- Köpək dişləri digər köpək dişləri ilə qonşudur/qonşu deyil.
- İnsanda süd dişlərinin sayı kiçik azı dişlərindən çox/az olur.
- Qida ağızdan udlağa/qida borusuna keçir.
- Zülallar/karbohidratlar ağızda kimyəvi dəyişikliyə uğrayır.
- Həzm orqanlarının ən uzun şöbəsi nazik/yoğun bağırsaqdır.