Qida ağız boşluğunda həm mexaniki, həm də kimyəvi dəyişikliyə uğrayır. O, dişlər tərəfindən çeynənir və xırdalanır, ağız suyu ilə islanır. Dişlər dentin maddəsindən əmələ gəlmişdir, üç hissədən (tac, boyun, kök) ibarətdir və bir-birindən fərqlənir.
İnsan doğulduqda dişsiz doğulur. Əsasən, 6-7 aylıqda uşağın süd dişləri çıxır. Süd dişləri cəmi 20 ədəd olur. Hər çənədə 4 kəsici, 2 köpək, 4 kiçik azı dişi yerləşir. 6-12 yaşlarında süd dişləri daimi dişlərlə əvəz olunur və böyük azı dişləri də çıxmağa başlayır. Böyük azı dişlər 12 ədəd olur. Onların axırıncı dördü 16 yaşdan sonra çıxır və ağıl dişləri adlanır.
Dişləri qorumaq üçün: