Həzm kanalının başlanğıc şöbəsi olan ağız boşluğu qidanın həzmində mühüm rol oynayır. Bəs ağız boşluğunda qida nə kimi dəyişikliyə uğrayır? Bu dəyişikliklər hansı orqanlar tərəfindən həyata keçirilir?
Ağız suyunun nişastaya təsiri.
Ləvazimat: 2 ədəd sınaq şüşəsi, nişasta yapışqanı, su ilə durulaşdırılmış ağız
suyu, yodun spirtdə məhlulu, spirt lampası, isti və soyuq su, stəkan, termometr.
İşin gedişi.
Sınaq şüşələrinin içərisinə nişasta yapışqanı və su tökün. Üzərinə ağız suyu əlavə edin. Sınaq
şüşələrinin birini otaq temperaturunda saxlayın. Bir qədər sonra üzərinə yod məhlulu əlavə edin.
İkinci sınaq şüşəsini isə 37°C temperaturlu su olan stəkanın içərisində saxlayın. Sonra üzərinə yod
əlavə edin. Nə müşahidə etdiniz?