Sual işarəsinin yerinə nə yazılmalıdır?
Qida məhsullarının orqanizmimiz üçün nə kimi əhəmiyyəti vardır?
Qəbul etdiyiniz qida maddələrini orqanizmə verdiyi faydaya görə necə qruplaşdırmaq olar?
Ləvazimat: çörək, qənd, kartof, bişmiş yumurta, qoz ləpəsi, zeytun yağı, yod, petri
fincanı, damlalıq (pipetka), nitrat turşusu.
İşin gedişi. Qida maddələrini aşağıdakı cədvələ əsasən üç qrup arasında bölün.
I qrup - maddələrin üzərinə yod əlavə edin.
II qrup - yumurtanın üzərinə natrium-nitrat əlavə edin.
III qrup - kağıza bir damla zeytun yağı tökün, digər kağızın arasına isə bir qoz
ləpəsini qoyub sıxın.
Aşağıdakı suallara cavab verin:
• Kartof, şəkər və çörəyin rəngi necə dəyişdi?
• Nə üçün yağ tökülən kağız şəffaflaşdı?
• Yumurtanın rəngi dəyişdimi?
• Qoz ləpəsi sıxılmış kağızda nə müşahidə etdiniz?
Qəbul edilən qidalar orqanizm üçün çox əhəmiyyətlidir. Onların içərisində su, mineral duzlar, karbohidratlar, zülallar, yağlar və vitaminlər var. Qida məhsullarının tərkibində bu maddələrin miqdarı fərqlidir. Onların hər biri bir neçə funksiya yerinə yetirir. Bu isə orqanizmin qorunmasına, böyüməsinə və inkişafına, digər funksiyaları yerinə yetirməsinə səbəb olur.