Belə çoxnüvəli hüceyrədə olan nüvələrin sayını 46-ya vurmaqla xromosomların sayını tapa bilərik.
Ali heyvanların 4 toxuma qrupuna insan orqanizmində də rast gəlinir. Bir neçə toxuma növü birləşərək orqanları əmələ gətirir. Dişlər, gözlər, ürək, ağciyərlər, qaraciyər, dalaq, bağırsaqlar, mədə və s. orqanlardır. Orqanlar xarici və daxili olmaqla iki yerə ayrılır. Daxili orqanların çoxu orqanizmin müxtəlif boşluqlarında yerləşir.
Ürək, ağciyərlər, nəfəs borusu döş, mədə, qaraciyər, dalaq və s. orqanlar qarın baş beyin kəllə, onurğa beyni isə onurğa kanalı boşluqlarında yerləşir. İnsan orqanizmində boşluqlarda yerləşən orqanlar da var. Döş boşluğu ilə qarın boşluğunu diafraqma ayırır.
Bir neçə orqan birləşərək ümumi funksiya yerinə yetirir və orqanlar sistemini əmələ gətirir. İnsan orqanizmində sümük, əzələ, örtük, həzm, qan-damar, tənəffüs, ifrazat, cinsiyyət, endokrin, və sinir sistemləri mövcuddur.