Ağciyərlərin həyat tutumunun ölçülməsi:
Ləvazimat: spirometr, spirtin suda məhlulu və pambıq.
İşin gedişi.
Pambığı spirt məhlulunda isladıb spirometrin borusunu silin. Dərindən nəfəs alın. Sonra spirometrin
borusunu ağzınıza alaraq dərindən nəfəs verin. Spirometrin daxili silindri xeyli yuxarı qalxacaq.
Onun üzərindəki şkalada göstərilən ən böyük rəqəmi qeyd edin. Bu sizin ağciyərlərinizin həyat
tutumudur.
Ağciyərlərin həyat tutumunda fərq gördünüzmü? Səbəbi nədir? Müzakirə aparın və ümumi nəticəyə gəlin.
Səhər gimnastikasından əvvəl və sonra 1 dəqiqədə baş verən tənəffüs hərəkətlərinizi sayın və aşağıdakı cədvələ qeyd edin. Ardıcıl bir ay səhər gimnastikası ilə məşğul olun. Getdikcə tənəffüs hərəkətlərində dəyişiklik baş verirmi? Bu müddətdə döş qəfəsinin çevrəsini ölçün və qeyd edin. Gəldiyiniz nəticələri müzakirə edin.
Tarix | Bir dəqiqədə tənəffüs hərəkətlərinin sayı | ||
Səhər gimnastikasından əvvəl | Səhər gimnastikasından sonra | Döş qəfəsinin çevrəsi | |