Ən dərin nəfəsvermədən sonra yenə də ağciyərlərdə 1000 sm3 hava qalır, xaric olmur. Bu, qalıq hava adlanır və ağciyəri müəyyən həcmdə saxlayır. Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür.
İdmanla və fiziki işlə müntəzəm məşğul olan insanlarda tənəffüsdə iştirak edən əzələlər yaxşı inkişaf edir. Bu, ağciyərlərin həyat tutumunu artırır. Onların tənəffüs hərəkətləri dərinləşir. Orqanizm O2 ilə daha yaxşı təmin olunur.
Onlar ağır iş gördükdə belə aramla və dərindən tənəffüs edirlər. İdmançılar hətta 10 km qaçdıqda da təngnəfəslik hiss etmirlər. Onların tənəffüsü qaçışdan sonra çox qısa müddətdə qaydaya düşür.
İdmanla və fiziki işlə məşğul olmayan insanlar isə bir az qaçan kimi tez-tez nəfəs almağa başlayırlar. Onların qabırğaarası əzələləri zəif inkişaf etdiyinə görə tənəffüs dərin olmur. Qan orqanizmə lazımi miqdarda oksigen çatdırmır, karbon qazını isə vaxtında kənarlaşdıra bilmir.