Nəfəsalma zamanı:
■ qabırğaarası əzələlər yığılır;
■ diafraqma əzələləri yığılır, diafraqma yastılaşır;
■ döş boşluğu genişlənir;
■ ağciyərlərin həcmi artır;
■ ağciyərlərdəki təzyiq atmosfer təzyiqindən aşağı düşür;
■ alveollarda qazlar mübadiləsi baş verir.
Nəfəsalma və nəfəsvermə aktlarına bir yerdə tənəffüs hərəkətləri deyilir. Ortayaşlı adamlarda sakit vəziyyətdə bir dəqiqədə təqribən 16 tənəffüs hərəkəti baş verir.
Tənəffüs hərəkətləri uzunsov beyində yerləşən tənəffüs mərkəzi və qismən böyük beyin yarımkürələri vasitəsilə tənzimlənir.
Sakit vəziyyətdə insan 64 tənəffüs hərəkəti etmişsə, bu müddətdə onun ürək qulaqcıqları nə qədər işləmişdir?