Sual işarəsinin yerində hansı orqanın şəkli olmalıdır? İnsan orqanizminə hava necə daxil olur? İnsanın havaaparıcı yollarına hansı orqanlar aiddir?
Əvvəlcə ağzınızı tutub burnunuzu açıq saxlayın, sonra burnunuzu tutub ağzınızı açıq saxlayın, sonra isə həm burnunuzu, həm də ağzınızı tutub dayanın. Hansı vəziyyətdə uzun müddət dayanmaq olmur? Nə üçün? Qrup üzvləri ilə müzakirə apararaq fikrinizi əsaslandırın.
Bilirsiniz ki, əksər heyvanlarda hüceyrələrə oksigen qazını çatdıran və onlardan karbon qazını aparan qandır. Qanla atmosfer havası arasında baş verən qazlar mübadiləsi tənəffüs orqanlarında gedir.
Havaaparıcı yollar və ağciyərlər insanın tənəffüs orqanlarına aiddir. Burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu və bronxlar isə havaaparıcı yollara aiddir.