1796-cı ildə Edvard Cenner təbii çiçək xəstəliyinə tutulmuş xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürərək 8 yaşlı oğlanın əlinin dərisinin altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra uşaqda qoltuq altında ağrılar, yüngül qızdırma və başağrısı müşahidə edildiyi halda, sonrakı gün şikayəti olmamışdır. İki həftədən sonra isə təbii çiçək xəstəliyinin əlamətləri tamamilə aradan qalxmışdır. Beləliklə, təbii çiçəyə qarşı yüksək effektə malik vaksin ilk dəfə Cenner tərəfindən yaradılmışdır.
İnsan orqanizmində immun sisteminə aid orqanlar bunlardır: timus, dalaq, qırmızı sümük iliyi, badamcıqlar, limfa düyünləri, korbağırsağın soxulcana-bənzər çıxıntısı və s.
Unutmayın ki, peyvəndlərin vaxtında vurulması vacibdir!