Sxemi nəzərdən keçirin və aşağıdakı cədvəli doldurun.
Qan qrupları | Qan verə bilər. | Qan ala bilər. |
I qrup | ||
II qrup | ||
III qrup | ||
IV qrup |
XX əsrdə Karl Landşteyner I, II, III qan qruplarını və qanda rezus amilini, Yan Yanski isə IV qan qrupunu aşkar etmişdir.
Siz bəzən televiziyada, radioda və ya internetdə yer almış xəbərlərdə "kiminsə II qrup rezus-mənfi qana ehtiyacı vardır" kimi anonslara rast gəlirsiniz.
- Bunun mənasının nə olduğunu bilirsinizmi?
- Sizcə, qanköçürmədə rezus amilinin nəzərə alınması nə dərəcədə vacibdir? Əksər insanların eritrositlərində antigen xassəli xüsusi zülallar vardır. Bu, rezus-müsbət qanı olan insanlardır. Bir qisim insanların qanında bu zülallar yoxdur. Ona görə də onların qanı rezus-mənfi hesab olunur. Belə insanlara öz qrupundan olan müsbət qanı köçürdükdə belə, çox böyük fəsadlar yarana bilər. Məsələn, qan pıxtalaşar. Bunun isə hətta ölümlə nəticələnməsi mümkündür.
Buna görə də hər bir insanın öz qan qrupunu bilməsi çox vacibdir. Lazım gəldikdə qan verib kiminsə həyatını xilas etmək mümkündür. Donorlar qan verdikdə onların orqanizmi nəinki ziyan görmür, hətta bədəndə qan hüceyrələrinin yaranması və yenilənməsi sürətlənir.
Qan vermək hər birimizin insanlıq borcudur. Bu, insan sevgisinin nümunəsidir.