Cəmil xəstələnmişdir. O, qan analizi vermək üçün anası ilə laboratoriyaya getdi. Orada sınaq
şüşələrindəki qanı görərkən düşündü:
- Qana qırmızı rəng verən nədir?
- Qanın tərkibi nədən ibarətdir?
Ləvazimat: mikroskop, hazır qan preparatları.
İşin gedişi.
- Mikroskopda qan preparatını nəzərdən keçirin.
- Qanın formalı elementlərini müşahidə edin.
- Gördüyünüz formalı elementlərin şəkillərini dəftərinizə çəkin.
- Qanın formalı elementlərinin rəng və formalarını müqayisə edin.
- Bu hüceyrələrin qanda rolu nə ola bilər?
- Bu haqda fikirləşin və dəftərinizdə qeydlər aparın.
Apardığınız işin nəticəsində məlum olur ki, qan
qırmızı rəngdə görünsə də, onun içindəki elementlərin hamısı qırmızı deyil.
Qanın tərkibi ilə bir az da
yaxından tanış olaq.