Plastik qabın qapağını bağlayın.
Qabı sıxdıqda suyun hərəkətini izləyin.
Borunu sıxın, suyun hərəkətində dəyişiklik olduğunu müşahidə edin.
Suallara cavab verin.
Ürək ömür boyu işləyir və qanı hərəkət etdirir.
Əgər damarlar daralarsa, qanın hərəkətində baş verən dəyişikliklər müxtəlif xəstəliklərin yaranması ilə
nəticələnər.
Ürəyin sol mədəciyinin yığılması zamanı aortaya vurulan qan onun ritmik titrəyişinə səbəb olur. Bu
dalğavari hərəkət ucqar arteriyalara qədər yayılır. Buna nəbz deyilir. Ortayaşlı sağlam insanların nəbz
vurğularının sayı dəqiqədə 70-75 olur.
Uyğunluğu müəyyən edin.
Düzgün olanları qeyd edin
1. Ürək döş boşluğunun sol/sağ tərəfində yerləşir.
2. İnsanın qan damarları iki/üç cür olur.
3. Ürəyin sol/sağ mədəciyinin əzələsi daha qalındır.
4. Qan damarları daralsa/genişlənsə, qanın axma sürəti artar.
5. Taylı qapaqlar qulaqcıqlarla mədəciklər/damarlar arasında yerləşir.