Şəkilləri müqayisə edin və buradakı oxşarlığın nədən ibarət olduğunu söyləyin.
Şəhərdə vahid mərkəzdən idarə edilən avtobuslar müxtəlif yollarla hərəkət edib əsas yola çıxır. Onların bir qismi sürətlə, bir qismi yavaş, digər qismi isə tıxaclara düşüb çox yavaş hərəkət edə bilir. Bəzən baş verən qəzalar avtobusların yolunu kəsir. Bədəninizdəki qanın da bu cür hərəkət etdiyini düşünün. Ürəkdən çıxan damarlar getdikcə şaxələnir, çoxalır, bütün orqanların içərisinə daxil olur. Beləliklə, bədənimizi dolaşan qan yaşamağımızı təmin edir.
Avtobuslar vahid mərkəzdən idarə edilməsəydi, nə baş verərdi?
Heç fikirləşmisinizmi, qanın bədəndə hərəkətini idarə edən nədir?
Ləvazimat: qoyun və ya mal ürəyi, qayçı, neştər, şüşə qab, lupa, salfet, rezin əlcək, ölçü vasitəsi.
İşin gedişi.
Ürəyi əlinizə alın və onun xarici quruluşunu nəzərdən keçirin, yumşaq və ya sərt olduğunu
təyin edin.
Ürəyin ölçüsünün nə qədər olduğunu müəyyənləşdirin.
Ürəyin damarlarına baxın, quruluşlarını müqayisə edin.
Ürəyi kəsib iki yerə bölün, lupa ilə nəzərdən keçirin.
Suallara cavab verin və dəftərinizdə qeydlər aparın.