Yadda saxlayın. Zədələnmələr zamanı, birinci növbədə, ilk yardım göstərərək zərərçəkmişi xəstəxanaya çatdırmaq lazımdır. Düzgün göstərilmiş ilk yardım gələcək müalicəni də asanlaşdırar.
Aşağıdakı şəkillərdə dayaq-hərəkət sisteminin müxtəlif dəyişiklikləri ve rilmişdir. Şəkillərə əsasən cədvəli doldurun.
Əlinizi stolun üstündə üfüqi istiqamətdə qoyun. Digər barmaqlarınızı tərpətmədən orta
barmağınızla saniyəölçənin ahənginə uyğun stolu tıqqıldadın. Saata baxıb təcrübənin
başlanması ilə barmaq əzələlərinin tam əmək qabiliyyətini itirməsi arasında nə qədər vaxt
keçdiyini qeyd edin. 1 dəqiqə sonra barmağın hərəkət sürətini 2 dəfə artırmaqla eyni prosesi
təkrarlayın. Yenə də təcrübənin başlaması ilə sonu arasındakı vaxtı qeyd edin.
Birinci və ikinci təcrübələrin nəticələri arasında müqayisə aparın və əldə etdiyiniz
qənaətləri dəftərinizə qeyd edin.
Revmatizm xəstəliyinə uyğun gələnləri seçin.