Dayaq-hərəkət aparatında baş verən dəyişikliklər və bu zaman göstərilən ilk yardım:
Dayaq-hərəkət aparatında baş verən xəstəliklərin qarşısının alınması üçün:
Burxulma
Sümükləri oynaqlarda birləşdirən bağların zədələnməsi nəticəsində ətraflarda güclü ağrılar, qansızmalar, şişlər yaranır.
İlk yardım: zədələnmiş oynağı sarğı ilə bərk sarımaq, soyuq bir əşya qoymaq lazımdır.
Çıxıq
Oynaq başının oynaq çuxurundan çıxması zamanı yaranır.
İlk yardım: çıxan ətrafda hərəkətsizliyi təmin etmək, burxulmada olduğu kimi, yardım göstərmək lazımdır.
Sınıq
Sümüyə kənardan təsir edən qüvvələrin təsiri nəticəsində baş verir. Sınıqlar iki cür olur: açıq və qapalı sınıqlar.
İlk yardım: Qapalı sınıqlar zamanı sınmış ətraflarda sınığa yaxın olan oynaqları tutmaq şərtilə şina qoyub bərk sarımalı, onu tərpənməyə qoymamalısınız. Şinanı taxta və ya karton parçaları ilə də əvəz etmək olar. Əgər bunların heç biri yoxdursa, zədələnmiş aşağı ətrafı sağlam ətrafa, qolu gövdəyə sarımaqla da hərəkətsizliyi təmin etmək mümkündür.
Açıq sınıqlar zamanı sınmış sümüklər əzələ və dərini zədələyir, kənara çıxır. Bu halda çalışmaq lazımdır ki, ilk növbədə, qanaxma dayansın və yara çirklənməsin. Sonra isə qapalı sınıqlarda olduğu kimi yardım edilir. Kəllə sümüyündə sınıq olarsa, xəstəni arxası üstə uzadıb hərəkətsizliyi təmin etmək vacibdir. Onun başının altına yastıq və ya hər hansı bir əşya qoyulmalıdır ki, baş hündürdə qalsın. Onurğa sütununda (çox təhlükəlidir) sınıq müşahidə olunarsa, xəstəni bərk yerdə üzüüstə uzadıb həkimə çatdırmaq lazımdır. Qabırğaların sınması zamanı döş qəfəsinin dərindən nəfəsvermə vəziyyətində möhkəm sarınması məsləhətdir.