Sümük və əzələlərin normal inkişafı üçün:
■ yaşa uyğun idman hərəkətləri etməli;
■ hərəkətlərə diqqət yetirməli;
■ həddindən artıq ağır fiziki işlərdən kənar durmalı;
■ dar və hündürdaban ayaqqabı geyinməməlisiniz.
Sümük və əzələlərin normal fəaliyyətini təmin edən amillər:
Qalxanabənzər vəzinin ifraz etdiyi kalsitonin hormonu kalsiumun qandan sümüklərə keçməsini təmin edir.
D vitamini sümüklərdə Ca və P toplanmasına, bununla da onların bərkiməsinə şərait yaradır. D vitamininin çatışmazlığı osteomalyasiya (sümüklərin sərtliyinin itirilməsi) xəstəliyinə səbəb olur. Uşaqlarda bu xəstəlik raxit adlanır.
A vitamini sümüklərin inkişafı üçün vacibdir.
Zülallar əzələlərin inkişafıını təmin edir.
Bəzən insanlarda müxtəlif səbəblərdən onurğanın normal əyriliklərində dəyişikliklər baş verir.
Şəkilləri nəzərdən keçirib onurğa əyriliklərinin səbəblərini və əlamətlərini müzakirə edin.
Dayaq-hərəkət aparatına təsir göstərən bir sıra xəstəliklər mövcuddur. Onların arasında ən geniş yayılmışı revmatizmdir. Bu xəstəliyə uşaqlar arasında daha çox rast gəlinir. Bu zaman oynaqlarda dözülməz ağrılar, şişkinlik müşahidə olunur. Buna səbəb oynaq kənarlarında baş verən və şiddətli ağrılarla nəticələnən dəyişikliklərdir. Yaşlı nəsil arasında isə diz oynağının kirəcləşməsinə (duzlaşma) tez-tez təsadüf edilir.