Üzdə ifadələrin əmələ gəlməsini təmin edən əzələlərin (mimiki) əksəriyyətinin bir ucu dəriyə, bir ucu isə sümüyə birləşir. Yalnız meymunlarda və insanlarda bu əzələlər yüksək səviyyədə inkişaf etmişdir.
İnsanın hərəkət etməsində təkcə əzələlərin deyil, sümük birləşmələrinin də rolu var.
Praktik iş. Skelet əzələsinin quruluşunun nəzərdən keçirilməsi.
Ləvazimat: qoyunun və ya qaramalın bud ətindən kiçik parça, mikroskop, neştər, əşya və örtük şüşələri.
İşin gedişi.
Əzələdən nazik bir hissə kəsin və preparat hazırlayın. Onu mikroskopla müşahidə edin. Bu zaman
sinirlərə, qan damarlarına, əzələ liflərinin quruluşuna diqqət edin. Gördüklərinizi dəftərinizə
çəkin.
Skelet, onun birləşmələri və əzələlər birlikdə insanın dayaq-hərəkət aparatını təşkil edir.
Dayaq-hərəkət aparatının əhəmiyyəti:
■ orqanizmin dayağını təşkil edir;
■ hərəkətə xidmət edir;
■ daxili orqanları qoruyur;
■ orqanizmdə Ca və P miqdarının tənzimlənməsində iştirak edir;
■ qanyaranmada iştirak edir.