Şəkildə göstərilən orqanların hərəkətini təmin edən nədir?
Xatırlayın, əzələ toxumasının hansı növləri vardır?
Əzələlər dayaq-hərəkət aparatının aktiv hissələrini təşkil edir. Əzələ toxumasının hər üç növü (saya, eninəzolaqlı skelet və ürək) yığılma və boşalma qabiliyyətinə malikdir. Bunun nəticəsində orqanizm müxtəlif hərəkətlər edə bilir. Eninəzolaqlı skelet əzələsindən skeletin və bir sıra daxili üzvlərin (dil, udlaq, qırtlaq, damaq, ürək) əzələləri təşkil olunmuşdur.