Onlardan boyun və bel önə (lordoz), döş və oma isə arxaya (kifoz) doğru yönəlmişdir. Döş qəfəsi yanlara doğru genişlənib. İnsanın əli quruluşuna görə heyvanların pəncəsindən fərqlidir. Baş barmaq digər barmaqlarla qarşılaşa bilir, çoxhərəkətlidir. Aşağı ətrafın qurşaq və sərbəst hissəsində sümüklər iridir. Başın skeletində beyin şöbəsi üz şöbəsinə nisbətən böyükdür. Ayağın altı tağ şəklində olub, yerdən alınan təkanları zəiflədir.