Sual işarəsinin yerində hansı orqanlar sisteminin şəklini yerləşdirmək olar?
Nə üçün orqanizmin dayaq-hərəkət aparatına ehtiyacı var?
Sizcə, nə üçün uşaqların tez-tez yıxılmasına baxmayaraq, onlarda sümük sınıqlarına az, yaşlı
insanlarda isə, əksinə, daha çox rast gəlinir?
Ləvazimat: toyuğun üç ədəd bud sümüyü (normal, yandırılmış və bir gün 10%-li xlorid turşusunda saxlanılmış).
İşin gedişi.İnsan skeletinin təşkil edən sümüklərin əsas kütləsi sümük toxumasından ibarət olub, üzəri sümüküstlüyü ilə örtülüdür. Sümük toxuması birləşdirici toxumanın bir növüdür. O, hüceyrəarası maddə və sümük hüceyrələrindən ibarətdir. Çıxıntılı sümük hüceyrələri toxumanın 1/3 hissəsini təşkil edir. Sümüyün tərkibində həm üzvi, həm də qeyri-üzvi maddələr vardır.