Bakteriyalar və viruslar da sinir sisteminin xəstəliklərinə səbəb ola bilir. Buna misal olaraq, beyin qişalarının iltihabını - meningiti göstərmək olar. Bundan başqa, qrip virusları beyinin aparıcı yollarını zədələyir, poliomielit virusu isə onurğa beyninin hərəki neyronlarını dağıdır. Bəzi viruslar uzun müddət orqanizmdə yaşayıb heç bir ziyan törətməsə də, sonradan sinir sistemi xəstəliklərinin yaranmasına səbəb olur.
Nəzarətçi və nizamlayıcı sistemlərimizi qorumaq üçün:
► vaxtında və düzgün qidalanmalı;
► orqanlarımızı zədələnmələrdən qorumalı;
► şiddətli Günəş şüalarından qorunmalı;
► gurultulu və stress törədən səslərdən qorunmalı;
► siqaret, narkotik və alkoqollu maddələri qəbul etməməli;
► fiziki və zehni əməyi növbələşdirməli;
► sutkada ən azı 8 saat yatmalıyıq.
Cümlələrdəki uyğun sözlərin altından xətt çəkin.
Zərərli vərdişlərin insanın sinir sisteminə təsirini araşdırın.
Uyğunluğu müəyyən edin.