Sinir düyünləri - mərkəzi sinir sistemindən kənarda - daxili orqanların yaxınlığında və ya onların divarlarında yerləşən hissi neyronların cisimlərindən təşkil olunmuşdur.
Orqanizm somatik və vegetativ (avtonom) sinir sistemi ilə tənzim olunur.
Bəzi orqanların fəaliyyətinə avtonom sinir sisteminin təsiri:
Simpatik sinirlər və ötürülən oyanmalar | Ürək yığılmalarını tezləşdirir və qüvvətləndirir. | Qan damarlarını daraldır. | Mədə əzələlərinin hərəkətini və mədə şirəsi ifrazını zəiflədir. | Bağırsaqların dalğavarı hərəkətini zəiflədir. | Göz bəbəyini genəldir. |
Parasimpatik sinirlər və ötürülən oyanmalar | Ürək yığılmalarını yavaşıdır və zəiflədir. | Qan damarlarını genişləndirir. | Mədə əzələlərinin hərəkətini və mədə şirəsi ifrazını gücləndirir. | Bağırsaqların dalğavarı hərəkətini gücləndirir. | Göz bəbəyini daraldır. |
İnsan orqanizmində bu sinirlərin iştirakı ilə bütün vegetativ reaksiyalar tənzimlənir, orqanizm ona göstərilən təsirlərə uyğunlaşır.
Məsələn, balığın sümüyü insanın damağına batarsa, mimiki əzələlər reflektor olaraq yığılır, sifətdə əzab ifadəsi yaranır. O, dili və ya əlləri ilə sümüyü çıxarmağa çalışır. Bu zaman ürək döyüntüləri artır, dərinin damarları daralır, dəri avazıyır, ağız suyu və mədə şirəsinin ifrazı kəsilir.
Bütün bunlar onu göstərir ki, sinir sistemi tam bir vahid kimi işləyir. Onun müxtəlif şöbələri arasında neyronların qapalı zənciri vasitəsilə əlaqə yaranır.