Qıcıqlandırıcı maddələrin təsirindən gözdən yaş axması, burun boşluğuna yad cisimlər düşdükdə baş verən asqırma, ləzzətli qida qoxusundan ağız suyunun ifrazı, iti və isti əşyalara toxunduqda əlin, ayağın tez kənara çəkilməsi belə reflekslərə aiddir. Reflekslər insanın xarici mühitlə əlaqəsində çox böyük əhəmiyyət kəsb edir.
Aşağıda verilənlərdən anatomiya və fiziologiyanın tədqiqat sahələrinə aid olanları qruplaşdırın.
Cədvəli tamamlayın.
Yerləşdiyi yer | Hissi neyron | Ara neyron | Hərəki neyron | ||||||
dendrit | cisim | akson | dendrit | cisim | akson | dendrit | cisim | akson | |
MSS*-dən kənarda | + | ||||||||
MSS-də | - |
Sinir toxumasının müəyyən bir hissəsində aksona malik olan hüceyrələrin 500-ü məhv olmuşdur. Həmin hissədə olan sinir hüceyrələri nə qədər azalmışdır?
* MSS - mərkəzi sinir sistemi