Heyvanlardan fərqli olaraq, insanlarda sinir fəaliyyətinin ən yüksək forması - şüur yaranmışdır. Beləliklə, beyinin inkişafı sayəsində insan düşüncəli fəaliyyətin ali forması olan mücərrəd təfəkkür imkanına yiyələnmişdir. O, söz vasitəsilə fikirlərini başqasına çatdırır, xarici qıcıqları analiz və sintez edir. İnsan məhz nitq vasitəsilə hadisələri ümumiləşdirmək qabiliyyətinə malikdir.