Səs kirliliyinin qarşısını almaq üçün:
► aeroportlar, dəmir yolları yaşayış evlərindən kənarda tikilməli;
► səsli nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunmalı, metro, velosiped kimi nəqliyyat
vasitələrinə üstünlük verilməli;
► sənaye müəssisələri şəhərlərdən kənarda tikilməli;
► evlərdə ikiqat şüşəli pəncərələrdən istifadə olunmalı;
► şadlıq evlərində istifadə olunan atəşfəşanlığa şərait yaradılmamalı;
► səs salan vasitələrə səsboğucu qoyulmalı;
► insanlar səs kirliliyi haqqında məlumatlandırılmalı;
► səs gücləndiricilərdən istifadə edənlərə cərimələr təyin olunmalıdır.
Ətraf mühitin kirliliyinə səbəb olan amilləri yazın.
1. Hava kirliliyinə səbəb olan beş amil;
2. İşıq kirliliyinə aid olan dörd amil;
3. Qida kirliliyinin səbəbləri.
Göstərilənlərdən hansı radioaktiv çirklənmə nəticəsində yarana bilər?
Uyğunluğu müəyyən edin.