Səs kirliliyi
Siz kiçik bir kənd və ya qəsəbədə yaşaya bilərsiniz. Ona görə şəhərlərin səs-küyündən xəbərsizsiniz. Onu yalnız kinolardan seyr edir, qəzetlərdən oxuyur, şəkillərdən müşahidə edirsiniz. Ancaq məlum olmuşdur ki, şəhərlərdə əhalinin artıqlığı, texnologiyanın inkişafı insan orqanizminə təsir göstərən səs kirliliyinə səbəb olur. Səs kirlilyi dedikdə səsin şiddətinin normadan yüksək olması nəzərdə tutulur. Səsin şiddətini ölçmək üçün desibel (dB) adlanan ölçü vahidindən istifadə edilir. 35-65 dB səslər normal səslərdir. 65-90 dB səslər müntəzəm eşidilərsə, zərər verə bilər. 90 dB-dən yuxarı səslər təhlükəlidir. Bizim ölkəmizdə də nəqliyyat vasitələrinin çoxluğu şəhərlərdə səs-küy yaradır. Hətta bəzən səsin şiddəti 90 dB-yə çata bilir.
Bəzi səslərin nisbi şiddəti, (dB-lə) | |
İnsan səsi | 60 |
Yarpaq xışıltısı | 10 |
Telefon zəngi | 70 |
Uşaq ağlaması | 100 |
Saat zəngi | 80 |
Nəbz vurğuları | 65-90 |
Mətbəx robotu | 90 |
Metro stansiyasında qatarın səsi | 100 |
Motosikl | 110 |
Orkestr səsi | 110 |
Top səsi | 170 |
Səs kirliliyinin çoxluğu nəticəsində insanlar çox narahatlıq keçirir, hətta müalicəsi olmayan xəstəliklərə də tutula bilirlər.
Səs kirliliyinin törətdiyi fəsadlar: