İnsan orqanizminə təsir göstərən digər amillər hansılardır?
Siz işığın, temperaturun, rütubətin orqanizmlər üçün çox böyük əhəmiyyəti olduğunu bilirsiniz. Belə
bir sual meydana çıxır: Görəsən, bu amillər orqanizm üçün zərərli ola bilərmi?
İşıq kirliliyi
İşıq kirliliyi işıqdan lazım olmayan yerdə hədsiz çox miqdarda istifadə, işıqlandırmanın düzgün olmaması və s. nəticəsində yaranır. Bu, hava və su kirliliyi kimi çox ziyanlı olmasa da, insan orqanizminə zərər vura bilir.
Əyləncə mərkəzlərindəki işıqlandırmalar, xüsusən də lazerli işıqlandırmalar gözlərdə bir çox problemlərin yaranmasına səbəb olur.
İşıq kirliliyinin qarşısının alınması tədbirləri:
► məqsədəuyğun işıqlandıncılardan istifadə olunmalı;
► reklam və elan işıqlandırmaları gecəyarıdan sonra söndürülməli;
► lazer şüalandırılmasından az istifadə olunmalıdır.
Qida kirliliyi
Yaz-yay aylarında təzə meyvə-tərəvəzdən istifadə edən zaman insanlar arasında mədə-bağırsaq pozğunluqlarına daha çox rast gəlinir. Buna səbəb nədir? Son illərdə qida maddələrinin də ekoloji baxımdan təmiz olmaması fikri ilə tez-tez rastlaşırıq. Bu, qida maddələrinin orqanizm üçün zərərli hala gəlməsi deməkdir. İnsanlar bitki və heyvan mənşəli qidalarla qidalanırlar. Bu qidaların yararsız olmasının səbəbləri: