İnsanların təbiətə vurduğu ziyan bəzən ekoloji fəlakətlərə səbəb olur. Ekoloji fəlakətlər isə hərbi "fəlakətlər"dən də qorxuludur. Buna görə də dünya ölkələri ona qarşı birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji problemlər isə qlobal ekoloji problemlərə çevrildiyindən beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ölkənin maraq dairəsini əhatə edən problemlərin həlli üçün ölkələrarası müqavilələr, sazişlər qəbul olunur. Həm miqyasından, həm də əhəmiyyətindən asılı olaraq beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər, konvensiyalar əsasında tənzimlənir.
Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır. Bu sahədə ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ekoloji sahə üzrə çox dəyərli sərəncamlarını həyata keçirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxirəsalınmaz tədbirlər görür.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
1977-ci ildə BMT-nin təşkilatçılığı ilə Yaponiyanın Kioto şəhərində keçirilmiş
toplantıda iqlim dəyişikliyi və qlobal istiləşmə ilə əlaqədar protokol imzalanmışdır. Burada
məqsəd planetin istiləşməsinə səbəb olan istixana qazlarının azaldılmasına nail olmaq
idi.
Dünyanın 160 ölkəsi bu protokola imza atsaydı, 2008-2012-ci illər arasında qeyd edilən
qazlar 5% azala bilərdi. Təəssüf ki, bir çox dövlətlər bu protokolu
imzalamadı.
Aşağıdakı cümlələri tamamlayın: