► Bəs ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün nə etməliyik?
Havanın çirklənməsinin qarşısını almaq üçün:
► neft, daş kömür, torf, təbii qazdan alınan enerji mümkün qədər Günəş, külək və su enerjisi ilə əvəzlənməli;Suyun çirklənməsinin qarşısını almaq üçün:
► sənaye qalıqları suya axıdılmamalı;
► sənaye qalıqları suya təmizləyici qurğulardan keçdikdən sonra buraxılmalı;
► içməli təbii su mənbələri qorunmalı;
► çirkab suları təmizləndikdən sonra su mənbələrinə axıdılmalı;
► su canlılarına zərər verən maddələrin su nəqliyyatı ilə daşınması zamanı diqqətli olmalı, düzgün
qərarlar verilməli;
► təbii surətdə parçalanması çətin olan yuyucu vasitələrdən istifadə olunmamalıdır.
Torpağın çirklənməsinin qarşısını almaq üçün:
► məişət qalıqlan toplanmalı və kənarlaşdırılmalı;
► torpaqlardan təyinatı üzrə istifadə edilməli;
► sənaye tullantıları təmizlənmədən torpağa tökülməməli;
► dərman və gübrələrdən düzgün istifadə olunmalı;
► torpağa ifrat dərəcədə su verilməməli;
► çəmənlik və meşələr qorunmalı, meşə sahələri artırılmalıdır.