3. ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!
Hər bir insan həyatda sağlam yaşamaq istəyir. Müdriklər demişkən, insan üçün ən böyük
hədiyyə can
sağlığıdır. Ancaq bəzi insanlar aludə olduqları zərərli vərdişlərdən uzaqlaşa bilmirlər.
Simvollarla təsvir olunan zərərli vərdişlər orqanizmə necə təsir göstərir?
Alkoqol, siqaret və narkotiklərə aludəçiliyin nəticələrini araşdırın və dəftərinizdə qeyd edin.
Siqaret, alkoqol və narkotiklərdən istifadə insan orqanizmini zəiflədir və bir
çox xəstəliklərin meydana çıxmasına səbəb
olur.
Siqaretin ziyanı:
-
ağciyər xərçənginin 50-87%-nin səbəbi siqaretdir;
-
xroniki bronxitin 75%-nin, ürək xəstəliklərinin 25%-nin səbəbi siqaretdir;
-
hamilə qadınlar gündə bir dəfə siqaret çəkərsə, bu, uşağın vaxtından əvvəl doğulmasına səbəb ola
bilər. Eyni zamanda uşağın sağlam doğulma ehtimalı azalar;
-
ağız boşluğu, qida borusu xərçənginə də ən çox siqaretin səbəb olduğu müəyyənləşdirilmişdir;
-
siqaret damarların daralmasına səbəb olur ki, bu da qan dövranını pozur;
-
siqaret ürək çatışmazlığı, iflic, astma kimi xəstəliklərə gətirib çıxarır.
-
insanı tez qocaldır;
-
reproduktiv orqanları zəiflədir.