Orqanın bağışlanması könüllüdür, tibbi müalicə üsuludur. Bu, gözü görməyən insanın yenidən görməsi, dializ cihazına bağlı insanın həyata dönməsi deməkdir. Lakin hər hansı şəxsi orqan və ya toxumalarının götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müəllimləriniz və valideynləriniz arasında sorğu keçirin. Orqanlarını bağışlamaq istəyənlərin sayını müəyyənləşdirin.
Araşdırma aparın və ölkəmizdə orqan nəqli ilə bağlı görülən işlərin siyahısını tərtib edin.
Həkimlər Arifin dostuna böyrək nəqli olmazsa, uzun müddət yaşaya bilməyəcəyini söyləyiblər. Arif ona necə kömək edə biləcəkləri ilə bağlı digər dostları ilə məsləhətləşir. Sizcə, uşaqlar xəstə dostlarına necə kömək edə bilərlər? Fikirlərinizi yazın.
Hansı oxun istiqamətinin düzgün olduğunu müəyyən edin. Bunların nəqli ilə bağlı araşdırma aparın.