Sizcə, hansı orqanlar ancaq beyin ölümü keçirmiş insanlardan alına bilər? Fikrinizi əsaslandırın.
Verilmiş mətni oxuyun və aşağıdakı sualları cavablandırın.
Yüksək təzyiq, maddələr mübadiləsində dəyişikliklər, mikroblar, şəkər xəstəliyi, həddindən çox dərman
qəbulu, müxtəlif zədələnmələr, şəxsi gigiyena qaydalarına əməl etməmək böyrəklərin funksiyasının
pozulmasına, nəhayət, onun itirilməsinə səbəb ola bilər. Çox vaxt belə xəstəyə böyrək köçürülməsi lazım
gəlir. Böyrəklər canlı və ya yenicə ölmüş insanlardan alınmalıdır. Bunun üçün xəstə və orqanını
bağışlayan insan əvvəlcədən hazırlanır və düzgün şərtlər altında əməliyyat aparılır. 2-4 saat çəkən bu
əməliyyatlar çox risklidir. Hazırda müasir texnologiyalar sayəsində bu cür əməliyyatlar zamanı ölüm
halları xeyli azalmışdır. Canlı orqanizmdən alınan böyrəklər əməliyyatdan dərhal sonra, ölmüş
orqanizmlərdən alınan böyrəklər isə 2-3 həftədən sonra fəaliyyətə başlayır. Bu müddətdə xəstənin qanı
dializlə təmizlənir.
Sizcə, orqan nəqli üçün yaş məhdudiyyəti varmı? Nə üçün?
Orqan nəqli hər zaman uğurla nəticələnirmi? Nə üçün?
Orqan nəqli zamanı hansısa xəstəliyə yoluxmaq mümkündürmü? Nə üçün?
Azərbaycan qanunvericiliyinə əsasən, ürək, ağciyər, böyrəklər, qaraciyər, mədəaltı vəzi, sümük iliyi,
bağırsaq, dəri, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən
edilən digər orqan və ya toxumaların transplantasiyasına icazə verilir. Təbiidir ki, canlı donordan
qaraciyərin bir hissəsini, böyrəyin birini köçürmək mümkündür.
Lakin unutmaq olmaz ki, istənilən şəxs donor ola bilməz. Donorun yaşı 18-ə çatmadıqda ondan yalnız sümük
iliyi götürülə bilər. Transplantasiya məqsədilə ondan digər orqan və ya toxumaların götürülməsi
qanunvericiliyə ziddir. 18 yaşı olmasına baxmayaraq, bir sıra sağlamlıq problemi olan şəxslərdən orqan
və ya toxumalar götürülə bilməz.
Donordan asılı olaraq orqan köçürülməsi bir neçə cür həyata keçirilir:
-
eyni insanın bədəninin bir bölgəsindən digər bölgəsinə toxuma köçürülməsi;
-
bir insandan başqasına orqan (toxuma) köçürülməsi;
-
süni orqanlar;
-
kök hüceyrələrdən orqanların klonlaşdırılması və s.