Eşitmə qüsuru olan insanlar üçün də xüsusi "işarə dili" deyilən əlaqə forması mövcuddur. Bu zaman jestlərin və mimik hərəkətlərin köməyi ilə bir-biri ilə ünsiyyət qurmaq mümkün olur.
Duyğu orqanlarında qüsurları olanlar da bizim kimi insanlardır. Sadəcə, onların ətraf mühiti qavrama yolları fərqlidir.
Artıq sizə məlum oldu ki, bir analizatorun fəaliyyəti pozulduqda digərlərinin fəaliyyəti güclənir. Fəaliyyəti pozulmuş analizatorun funksiyasını digərləri yerinə yetirir. Belə insanlar öz yaşayışlarını davam etdirirlər.
Görmə qüsuru olan insan
► sizinlə birlikdə yol gedərsə, qolunuzdan tutmasına imkan verin;
► əgər sizdən yol və səmti soruşarsa, istiqaməti anlaşıqlı şəkildə izah edin.
► görmə qüsuru olan birini kənardan qışqırmaqla yönəltməyin, ona yaxınlaşıb istiqaməti izah
edin;
► hündürlüyü və pilləkənləri qalxarkən onun sizdən yarım addım geridə gəlməsinə diqqət yetirin.
Duyğu orqanlarınızı zədələnməkdən qoruyun ki, həyatınızda çətinliklərlə rastlaşmayasınız.
Verilənlərə əsasən bir-birinin işini əvəz edən duyğu orqanlarını müəyyənləşdirin.