Burun - qoxu və tənəffüs orqanıdır.
Qoxu orqanı bəzi heyvanların həyatında əhəmiyyətli rol oynayır. Məsələn, it və canavar öz ovunu qoxusuna görə axtarıb tapır. İtlərin qoxu orqanının güclü inkişaf etməsinin nəticəsidir ki, xüsusi təlim görmüş itlərdən oğruların, canilərin, fəlakətlər zamanı torpaq altında qalmış insanların, narkotik maddələrin və s. tapılmasında istifadə edilir.
İnsanda qoxu orqanı ətraf aləmin tanınmasında böyük əhəmiyyət kəsb edir. Həm tənəffüsdə, həm də qoxunun qəbulunda burun boşluğu əsas rol oynayır. Burun sümük, qığırdaq və əzələlərdən təşkil olunub. Onun içərisində yerləşən xırda vəzilər selik ifraz edir ki, bu da burun boşluğuna düşmüş tozu kənarlaşdırmağa xidmət edir. Burunun selikli qişalarında yerləşən qoxu reseptorları qaz halında iyli maddələrin təsirindən qıcıqlanır. Reseptorlardan gələn oyanma qoxu siniri ilə beyin yarımkürələri qabığının qoxu nahiyəsinə aparılır və qoxular burada ayırd olunur. Qoxu hissiyyatı bizim üçün çox əhəmiyyətlidir.
Qoxu orqanımızı qorumaq üçün bunlara riayət etməliyik:
► burunun təmizliyinə diqqət etməli;Dad orqanımız - dil
Dad orqanı olan dil danışmada, qidanın ağızda hərəkətində və udulmasında mühüm rol oynayır. Dilin üzərində dad tumurcuqları yerləşir. Tumurcuqlardakı dad məməciklərində olan dad reseptorları şirin, acı, turş, şor qidaları fərqləndirir. Müxtəlif dadları müəyyən edən reseptorlar dilin göstərilən hissələrində daha çox yerləşir.