Səs dalğasının və yaratdığı sinir impulsunun keçdiyi yol:
Sxemdən gördüyünüz kimi, səs dalğaları uzun bir yol keçərək beyin yarımkürələrinin gicgah nahiyəsində yerləşən eşitmə mərkəzinə çatdırılır. Burada səs eşidilir, gücü və ucalığı ayırd edilir.
Qeyd olunduğu kimi, qulaq həm də müvazinət orqanıdır. Daxili qulaqdakı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər birlikdə vestibülyar aparatı - müvazinət orqanını əmələ gətirir.