Göz alması hansı hissələrdən təşkil olunub? Görmədə bu hissələrin nə kimi əhəmiyyəti var?
Göz alması kəllənin göz yuvasında yerləşir, əzələlər vasitəsilə göz yuvası sümüklərinə birləşir. O,
aşağıdakı qişalardan təşkil olunmuşdur: ağlı qişa, buynuz qişa, damarlı qişa, qüzehli qişa, torlu
qişa.
Gözün torlu qişasında kolbacıqlar çox olan yer sarı ləkə, kolbacıqlar və çöpcüklər olmayan, görmə siniri çıxan yer isə kor ləkə adlanır. Kor ləkədə heç bir reseptor yerləşmir. Əşyaların xəyalı oraya düşərsə, biz onları görmürük.