Uşaqların fiziki və əqli inkişafının sürətlə getməsi akselerasiya adlanır. Akselerasiyaya müsbət təsir
göstərən amillərın (idmanla məşğul olmaq, vitaminlərlə zəngin qida qəbul etmək, Günəş işığında, təmiz
havada çox olmaq) çatışmazlığı uşağın əqli və fiziki inkişafdan qalması ilə nəticələnə bilər.
Uşaqlıq dövrünü məktəbdə başa vuran insan sonrakı illərini təhsilini davam etdirərək müxtəlif peşələrə
yiyələnməyə, ailə qurmağa, ailə qayğısı çəkməyə, uşaqlarını tərbiyə etməyə həsr edir.
İnsanın sonrakı inkişafı aşağıdakı mərhələlərdən ibarətdir:
№ |
Dövrlər |
Yaş |
1 |
gənclik |
17-21 |
2 |
yetkinlik |
22-60 |
3 |
ahıllıq |
61-75 |
4 |
qocalıq |
76-90 |
5 |
uzunömürlülük |
90-dan çox |
-
Oğlanlarla qızların boy və çəkilərinin artmasının illərə görə nisbətini hesablayın.
-
Üç ildən sonra boyunuzun və çəkinizin təxminən nə qədər ola biləcəyini hesablayın.
-
Valideynlərinizdən birinin həyat yolunu araşdırın. Onun hansı yaş dövrlərində, hansı inkişaf
mərhələsində xüsusi özəlliklərinin olduğunu qeyd edin.
-
Ananın əkiz uşaqlarını həkim müayinə edib oğlanın bacısından daha zəif inkişaf etdiyini söylədi.
Bir yaşlı uşaqlardan oğlanın çəkisi 9 kq, boyu 59 sm, qızın isə çəkisi 9,6 kq, boyu 61 sm-dir.
-
Normada bir yaşlı uşaqların çəki və boyları nə qədər olmalı idi?
-
Hansı yaşda ilk dəfə olaraq qızların çəkisi oğlanlara nisbətən daha artıq olur?
-
Oğlanın çəkisi və boyu normadan nə qədər azdır?