Hamilə qadınlar öz sağlamlığına ciddi fikir verməlidirlər. Onlar fikirləşməlidirlər ki, öz sağlamlıqları ilə yanaşı, dünyaya gətirəcəkləri övladlarının da sağlamlığına görə məsuliyyət daşıyırlar. Buna görə düzgün qidalanmalı, alkoqollu içkilərdən, siqaretdən, narkotik vasitələrdən, həkimin məsləhət görmədiyi dərman preparatlarından istifadə etməməli, radioaktiv şüalara malik cihazlardan mümkün qədər uzaq durmalıdırlar. Rahat paltar və ayaqqabı geyinməli, yuxu rejiminə ciddi əməl etməli, təmiz havada gəzməlidirlər. Ana olmaq hər bir qadının təbii haqqıdır. Lakin bu addımı atarkən xanımlar məsələnin ciddiyyətini anlamalı və dünyaya sağlam uşaq gətirməli, cəmiyyət üçün layiqli vətəndaş yetişdirməli olduqlarının məsuliyyətini başa düşməlidirlər. Ailə planlaşdırılması düzgün həyata keçirilməlidir.
Fikirləri tamamlayın.
Fikirləri tamamlayın.
Uyğunluğu müəyyən edin