Spermatozoidlər başcıq, boyuncuq və quyruqdan ibarətdir. Spermatozoidlər quyruğun sayəsində hərəkət edə bilir, daha kiçikdir və sayı çoxdur (1sm3 spermada 20 milyondan 60 milyona qədər). Yumurtahüceyrələr spermatozoidlərdən böyük olsa da, onlar da mikroskopikdir. Formaca girdə olub hərəkətsizdir. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350-500 ədədi yetişə bilir.
Cinsi yetişkənliyə çatmış qadın orqanizmində, adətən, hər ay yumurtalıqlardan birində bir yumurtahüceyrə inkişaf edib yumurta borularına düşür və burada tam yetişir. Bu yumurtahüceyrələr mayalanarsa, yeni orqanizmə başlanğıc verə bilir.
Cümlələrdə düzgün ifadələri qeyd edin.
Yumurtalığa aid olanları seçin.
1. Tək orqandır 2. Follikul burada yetişir 3. Cüt orqandır.
4. Yumurtahüceyrə burada yetişir 5. Testesteron hormonu hazırlayır
Qadınlarda hamiləlik baş verməzsə, 7 il müddətində bir yumurtalıqda neçə yumurtahüceyrənin inkişaf etdiyini hesablayın (aybaşı tsikli 28 gün davam edirsə).