İnsanın cinsiyyət hüceyrələri də əksər heyvanlarda olduğu kimi erkək və dişi cinsiyyət vəzilərində, yəni toxumluqlar və yumurtalıqlarda əmələ gəlir.
Qadın reproduktiv sistemi. Qadın cinsiyyət orqanları daxili və xarici olmaqla iki yerə bölünür. Daxili orqanlara yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq, uşaqlıq boynu və uşaqlıq yolu aiddir. Yumurtalıqlarda follikullarda* yumurtahüceyrə inkişaf edib, uşaqlıq borusuna düşür və burada tam yetişir. O, uşaqlıq borusu ilə uşaqlığa tərəf hərəkət edir. Mayalanma və rüşeymin ilkin inkişafı uşaqlıq borusunda baş verir. Uşaqlıqda isə yeni orqanizmin inkişafı davam edir.
Kişi reproduktiv sistemi. Kişi cinsiyyət sistemi xayalardan (toxumluqlardan), xayalıqlardan onların qişası və axacaqlarından, cinsiyyət artımı vəzilərindən (toxum kisəcikləri və prostat vəzi) və cinsiyyət üzvündən ibarətdir. Xayalarda spermatozoidlər və kişi cinsiyyət hormonları hazırlanır. Prostat vəzi spermatozoidlərin hərəkətini aktivləşdirən maddə ifraz edir. Cinsiyyət üzvü spermanı (spermatozoidlə prostat vəzinin ifraz etdiyi mayenin qarışığı) və sidiyi xaricə çıxarmaq üçündür. Xayaların və artım vəzilərinin axacaqları sidik kanalına açılır.
* Yumurtalıqlarda yumurtahüceyrələr yerləşən qovuqcuqlar.
** Lat. ovulla - yumurta - yumurtahüceyrənin partlamış follikulun içərisindən çıxmasıdır.
*** Partlamış follikulun yerində yaranan müvəqqəti daxili sekresiya vəzisidir.