Şəkillər canlılarda hansı prosesi əks etdirir? Onları nəzərdən keçirib qruplaşdırın.
Plasentalı məməlilər kimi, insan da diri bala doğmaqla çoxalır. İnsanda çoxalmanı 3 mərhələyə bölmək olar: 1. Cinsiyyət hüceyrələrinin - qametlərin yaranması; 2. Mayalanma; 3. İnkişaf.
İnsanda erkək və dişi cinsiyyət hüceyrələrinin quruluşunun öyrənilməsi.
Ləvazimat: Cinsiyyət hüceyrələrinin quruluşuna aid müxtəlif şəkillər, video-görüntülər və s.
İşin gedişi:
Mövcud resurslara diqqətlə baxın. Cinsiyyət hüceyrələrinin quruluşunu müqayisə edin.
Aşağıdakı suallara cavab verin:
• Spermatozoiddə olan quyruğun nə kimi əhəmiyyəti var?
• Yumurtahüceyrənin ölçüsünün spermatozoiddən böyük olmasının səbəbi nədir?
• Cinsiyyət hüceyrələri harada və necə əmələ gəlir?