Kəskin böyrək çatışmazlığı böyrəklərin öz funksiyasını yerinə yetirməməsidir. Nəticədə qanda olan zəhərli maddələr orqanizmdən xaric edilə bilmir. Böyrək çatışmazlığı olan xəstələrin vəziyyəti ağırlaşdıqda həftədə 2-3 dəfə, hər dəfə 4-6 saat olmaqla, dializ aparatına qoşulurlar. Əslində, bu, böyrəyi müalicə etmir. Sadəcə, xəstələrin bədəninə yığılmış artıq mayeni və lazımsız məhsulları təmizləyir. Dializ texnikanın inkişafını əks etdirir. O, insanların ömrünü bir qədər uzadır, xəstələrin vəziyyətini yaxşılaşdırır.
İfrazat sistemimizi qorumaq üçün:
► hər gün ən azı 2 litr, isti günlərdə daha çox maye qəbul etməli;
► çox duzlu və ədviyyatlı qidalarla qidalanmamalı;
► ayaqları soyuqdan qorumalı, xüsusən beton döşəmədə ayaqyalın gəzməməli;
► qidaların və suyun təmiz olmasına çalışmalı;
► sidik vaxtında xaric edilməli;
► boğazda badamcıqlarda rahatsızlıq varsa, dərhal həkimə müraciət etməli;
► müxtəlif mikroorqanizmlərin böyrəklərə və digər sidik-ifrazat orqanlarına daxil olmaması üçün şəxsi
gigiyena qaydalarına əməl etməli;
► dərman preparatlarından həkimin göstərişi olmadan istifadə etməməli;
► alkoqoldan uzaq durmalı;
► naftalin, civə, qurğuşun, həşərat zəhərləri də böyrəklərə çox ziyanlı olduğu üçün onlarla çox ehtiyatlı
davranmalıyıq.