Ləvazimat: sidik-ifrazat sisteminin şəkli, rəngli karandaşlar, ağ karton, qayçı.
İşin gedişi.
Sidik-ifrazat sisteminə aid olan orqanların adını dəftərinizə yazın.
Rəngli karandaşlarla karton üzərində insan modeli çəkin və kəsin.
Model üzərində rəngli karandaşlarla sidik-ifrazat orqanlarının şəklini çəkin və adlandırın.
Model üzərində çəkdiyiniz şəkli insanın sidik-ifrazat sisteminin şəkli ilə müqayisə edin. Əgər şəkillərdə fərq görsəniz, düzəldin.
Sidik-ifrazat sistemi orqanları və funksiyaları