Maddələr | Parçalanma məhsulları | Gündəlik norma | 1 qramının verdiyi enerji |
Zülal | Karbon qazı, su, azotlu birləşmələr | 85 q (48 q heyvan mənşəli) | 17, 6 kC |
Karbohidrat | Karbon qazı və su | 380-500 q | 17,6 kC |
Yağ | Karbon qazı və su | 80-100 q (30 q bitki yağı) | 38,9 kC |
Siz də düzgün qidalanma rejiminə əməl etməlisiniz. Gündə 3-4 dəfə vaxtlı- vaxtında qidalanmalı, yatmamışdan, ən azı, 2 saat əvvəl axşam yeməyi yeməlisiniz.
Həkim məsləhəti olmadan pəhrizlər, çox yemək, təzə meyvə-tərəvəzin az yeyilməsi, qızardılmış yeməklərdən çox istifadə maddələr mübadiləsinin pozulmasına, həmçinin ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.
Bəzi ərzaqların verdiyi enerji:
Ərzaqlar | Miqdarı | Verdiyi enerji (kC) |
alma (orta ölçülü) | 1 ədəd | ~ 251 |
pomidor (orta ölçülü) | 1 ədəd | ~ 59 |
toyuq yumurtası | 1 ədəd | ~ 335 |
portağal (orta ölçülü) | 1 ədəd | ~ 209 |
qara çörək | 100 qram | ~ 988 |
adi pendir | 100 qram | ~ 1151 |
süd | 100 qram | ~ 285 |
100 kC enerji sərf olunur.