Həzm orqanlarını qorumaq üçün göstərilən qaydalara əməl etməliyik:
► dişlərin və ağız boşluğunun sağlamlığına fikir verməli;
► qidalanma normalarına və vaxtında qidalanmaya əməl etməli;
► axşam yeməyini saat 19:00-dan gec qəbul etməməli;
► çox isti, soyuq, acı və duzlu yeməklər yeməməli;
► yemək zamanı və yeməkdən dərhal sonra çox miqdarda su içməməli;
► spirtli, turşulu, qəhvəli içkilərdən uzaq durmalı;
► siqaret və narkotiklərdən istifadə etməməli;
► bol miqdarda meyvə-tərəvəz yeməli;
► qidanı ağızda çox çeynəməli;
► yeməkdən əvvəl və sonra əlləri sabunla yumalı;
► stresdən uzaq olmalı;
► vaxtı keçmiş qida məhsullarından istifadə etməməli;
► yeməkdən yarım saat sonra yürüşə çıxılmalı.