Verilmiş qidaları necə qruplaşdıra bilərsiniz?
Onların bir qisminin orqanizm üçün faydalı olmamasının səbəbi nədir? Düzgün qidalanmama nələrə
səbəb ola bilər? Qəbul etdiyimiz qida nə üçün xüsusi əhəmiyyət kəsb edir?
Artıq bilirsiniz ki, orqanizm çox mürəkkəb sistemdir. Bu sistemi təşkil edən hər bir orqanın orqanizm üçün böyük əhəmiyyəti vardır. Fikirləşin ki, bədənimiz mürəkkəb cihazdır. Onun hər hansı bir hissəsi düzgün işləməzsə, sıradan çıxar. Bizim orqanizmimiz də belədir. Hər hansı bir orqanda və ya orqanlar sistemində funksional pozğunluq baş verərsə, orqanizmdə çox böyük dəyişikliklər yaranar.
Həzm sistemini təşkil edən orqanlarda yaranan dəyişikliklər də bədən üçün böyük problemlər yaradır.