İstehsalat və texnikaya tətbiq olunan ilk istilik mühərriki buxar turbinidir.
Ən sadə buxar turbini valdan (1), vala geydirilən diskdən (2), diskin çənbərinə bərkidilən pərlərdən (3) və soplo (4) adlanan borudan ibarətdir (c). Val və pərləri olan disk birlikdə buxar turbininin rotoru adlanır və o, xüsusi korpusda yerləşdirilir. Sadə görünməsinə baxmayaraq, buxar turbini mürəkkəb quruluşlu istilik maşınıdır. Onun iş prinsipi sxematik olaraq şəkildə göstərilmişdir (d). Qızdırıcıdan (5) verilən istilik miqdarı buxar qazanındakı (6) suyu qaynadır.
Yaranan buxar (işçi cisim) borudan keçərkən buxar qızdırıcısında (7) bir daha
qızdırılaraq təzyiqi ≈ 3 · 107Pa-ya, temperaturu isə
500°C-yə çatdırılır.
Buxar soploya daxil olaraq sürətlənir-buxarın daxili enerjisi istiqamətlənmiş buxar şırnağının kinetik enerjisinə çevrilir.
Soplodan çıxan böyük kinetik enerjiyə malik buxar şırnağı turbinin pərlərinə təsir etməklə öz
enerjisinin bir hissəsini ona verir və diski böyük sürətlə fırladır. Diskin valı elektrik mühərrikinin rotorunun oxuna birləşdiyindən onu fırladır. İşlənmiş buxar kondensator (8) adlanan xüsusi qurğuda soyudularaq suya çevrilir və nasosla (9) yenidən qazana vurulur.